Bu ilin 8 ayında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda proqnoza nisbətdə 265,3 mln. manat və ya 6,2% artım qeydə alınıb
15 SENTYABR 2026
2026-cı ilin yanvar-avqust ayları ərzində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda proqnoza nisbətdə 265,3 mln. manat və ya 6,2% artım qeydə alınıb.
Büdcə təşkilatları üzrə daxilolma ötən ilin müvafiq dövrü ilə müqayisədə 111,7 mln. manat və ya 8,0%, qeyri-büdcə təşkilatları üzrə isə 264,9 mln. manat və ya 9,5% artımla olub.







