Bu ilin 7 ayı ərzində sosial şəbəkələr vasitəsilə 11 806 vətəndaş müraciəti cavablandırılıb
03 AVQUST 2026

Dövlət Sosial Müdafiə Fondunun fəaliyyət istiqamətləri üzrə sosial şəbəkələr vasitəsilə 2026-cı ilin yanvar-iyul ayları ərzində 11 806 vətəndaş müraciəti cavablandırılıb. 

Müraciətlərin 4 566-sı ünvanlı dövlət sosial yardımı, 2 313-ü pensiya təyinatı, 2 920-si sosial müavinət və təqaüd, 207-si sosial sığorta və fərdi uçot, 1 800-ü isə digər istiqamətlər üzrə olub.