“Böhran hallarında daha effektiv sosial müdafiənin təmin edilməsində lokallaşmanın rolu” mövzusunda vebinar keçirilib
19 MART 2025
Mənzil-qərargahları Birləşmiş Krallıqda yerləşən Sosial Müdafiə üzrə Texniki Yardım, Məsləhət və Resurslar Mərkəzi (STAAR) ilə Böhranda Daha Yaxşı Yardım üzrə Tədqiqat Mərkəzinin birgə təşkilatçılığı ilə “Böhran hallarında daha effektiv sosial müdafiənin təmin edilməsində lokallaşmanın rolu” mövzusunda vebinar keçirilib.
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) əməkdaşlarının da iştirak etdiyi vebinarda Yəməndə uzun müddət davam edən böhran zamanı sosial müdafiənin təmin olunmasında qazanılan uğurlarla bağlı fikir mübadiləsi aparılıb.
Eləcə də böhran şəraitində sosial yardımların effektivliyini, hesabatlılığını artıran tərəfdaşlıqların rolu da daxil olmaqla lokallaşmanın daha geniş kontekstdə araşdırılması məsələləri müzakirə olunub.