Birinci rübdə pensiya ödənişlərinə 156 mln. manat çox olmaqla 1 mlrd. 768 mln. manat vəsait yönəldilib
16 APREL 2025

I rübün sosial göstəriciləri

Cari ilin birinci rübündə pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz (156 mln. manat) çox olmaqla 1 mlrd. 768 mln. manat vəsait yönəldilib.

2025-ci ilin əvvəlindən bütün növ pensiyalar 8,1 faiz indeksləşdirilərək artırılıb, həmçinin fevralın 1-dən minimum pensiya 14,3 faiz artımla 280 manatdan 320 manata çatdırılıb. 

I rübdə 13 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən 150 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.