Beynəlxalq vebinar keçirilib
02 aprel 2024
Beynəlxalq Sosial Təminat Assosiasiyası (ISSA) və Beynəlxalq Əmək Təşkilatının (BƏT və ya ILO) birgə təşkilatçılığı ilə “Aktuar Xidmət Platforması: giriş və təcrübələr” mövzusunda beynəlxalq vebinar keçirilib.
DSMF əməkdaşlarının da iştirak etdiyi vebinarda Aktuar Xidmət Platformasının əsas xüsusiyyətləri, qurumların ehtiyaclarını təmin etmək üçün bu platformadan istifadə üsulları müzakirə olunub. Eləcə də “ILO/PENSIONS” alətinə diqqət yetirməklə Aktuar Xidmət Platformasının əməkdaşlıq və bacarıqların artırılması imkanları ətrafında fikir mübadiləsi aparılıb.