ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Beynəlxalq vebinar keçirilib
18 sentyabr 2024

“Accounting for Sustainability” beynəlxalq qurumunun təşkilatçılığı ilə “Pensiyaların dərin təhlili: aktivlərin bölüşdürülməsi üçün izahlı ssenari yanaşmasından istifadə” mövzusunda vebinar keçirilib.
Dövlət Sosial Müdafiə Fondunun əməkdaşlarının da iştirak etdiyi vebinarda pensiya təminatı sahəsində investisiya ilə bağlı qərar qəbuletmə proseslərində izahlı ssenari yanaşması təcrübəsindən istifadə qaydaları, aktivlərin bölüşdürülməsi prosesini dəstəkləmək üçün izahlı ssenarilərin praktik tətbiqi müzakirə olunub. 
Eyni zamanda “USS Investment Management” beynəlxalq qurumunun tematik investisiya perspektivləri və strateji aktivlərin bölüşdürülməsi ssenarilərinin təsirlərinə dair fikir mübadiləsi aparılıb.
Vebinarda Birləşmiş Krallığın ali təhsil müəssisələri üçün əsas pensiya fondu sayılan “Universities Superannuation Scheme”in İnvestisiya strategiyası departamentinin rəhbəri çıxış edib sualları cavablandırıb.