Beynəlxalq Sosial Təminat Assosiasiyasının (ISSA) təşkilatçılığı ilə “Dəyişikliklərin idarə edilməsi – müştəriyönümlü qurumların yaradılması” mövzusunda vebinar keçirilib.
Dövlət Sosial Müdafiə Fondunun əməkdaşlarının da iştirak etdiyi vebinarda sosial təminat qurumları daxilində dəyişikliklərin idarə edilməsi yanaşmalarının həyata keçirilməsindəki əsas problemlər, effektiv ünsiyyət qurmaq, maraqlı tərəfləri cəlb etmək və təşkilati dəyişikliklərə qarşı daxili müqaviməti idarə etmək üçün istifadə olunan strategiyalar müzakirə edilib.
Eləcə də sosial təminat qurumlarının müştəriyönümlü mədəniyyəti inkişaf etdirmək üçün dəyişikliklərin idarə olunması strategiyalarını rəqəmsal transformasiya təşəbbüsləri ilə uyğunlaşdırma imkanları, sosial təminat qurumları daxilində uğurlu keçidlərin idarə edilməsində müxtəlif struktur bölmələrin rolu ətrafında fikir mübadiləsi aparılıb.