Beynəlxalq vebinar keçirilib
14 FEVRAL 2025


ABŞ-nin “Mercer” konsaltinq şirkətinin təşkilatçılığı ilə “Sosial sığortaya əsaslanan ödəniş sistemi sponsorları üçün diqqət yetiriləsi əsas sahələr” mövzusunda vebinar keçirilib.
Dövlət Sosial Müdafiə Fondunun əməkdaşlarının da iştirak etdiyi vebinarda dəyişən bazarların sosial sığortaya əsaslanan sosial ödəniş sistemlərinə potensial təsiri, mövcud mühitdə portfelin yaradılması və sistemin idarə edilməsinin planlaşdırılması məsələləri müzakirə olunub.
Həmçinin inkişaf edən pensiya riskinin ötürülməsi bazarı və pensiya planları üzrə artıq vəsaitlərdən istifadə üsulları ətrafında fikir mübadiləsi aparılıb