“2025-ci il süni zəkanın pensiya sahəsini dəyişəcəyi il olacaqmı?” mövzusunda vebinar keçirilib
05 MART 2025

Birləşmiş Krallığın “Moneyhub” konsaltinq şirkətinin təşkilatçılığı ilə “2025-ci il süni zəkanın pensiya sahəsini dəyişəcəyi il olacaqmı?” mövzusunda vebinar keçirilib.

Dövlət Sosial Müdafiə Fondunun əməkdaşlarının da iştirak etdiyi vebinarda pensiya sisteminin yenidən qurulması, pensiya panelləri və tənzimləyici icmalların texnoloji inkişafla birgə pensiya yığımlarının gələcəyini necə formalaşdıracağı, süni zəkanın tətbiqi, irəliləyişi hədəfləyən şirkətlərin cəlbetməni artırmaq üçün süni zəkadan istifadə üsulları müzakirə olunub.

Eləcə də gələcək innovasiyalar, benefisiarların təcrübəsini və biznesin nəticələrini yaxşılaşdırmaq üçün süni zəkanın praktik tətbiq nümunələri ətrafında fikir mübadiləsi aparılıb.