ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

2018-2024-cü illərdə sosial sığorta daxilolmaları 2,5 dəfə artıb
15 yanvar 2025

Son illər aparılan sosial-iqtisadi islahatlar əməkhaqlarının,  əmək müqavilələrinin sayının, əhalinin sosial sığorta sistemində iştirak səviyyəsinin əhəmiyyətli şəkildə artmasına imkan verib. 

Bu müsbət proseslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki  Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda da davamlı artım dinamikasına  şərait yaradıb. 

2018-2024-cü illərdə Fonda daxil olan sosial sığorta haqları üzrə illik vəsait 2,5 dəfə artaraq  2 mlrd. 327 mln. manatdan 5 mlrd. 752 mln. manata çatıb.