“Zəfər sənəti” layihəsinə siz də qoşulun
17 SENTYABR 2025

Dövlət Sosial Müdafiə Fondu Vətən müharibəsinin 5-ci ildönümünə həsr edilmiş “Zəfər sənəti” layihəsinə start verir.

Layihə çərçivəsində şəhid övladlarının əl işləri Fondun veb-saytında və sosial şəbəkə hesablarında nümayiş etdiriləcək.

Layihəyə qoşulmaq istəyən uşaqların əl işi, fotoşəkli, adı, soyadı, ata adını, eləcə də şəhidin adı, soyadı, ata adını qeyd etməklə 01 noyabr 2025-ci il tarixinədək dsmf_projects@sosial.gov.az elektron poçt ünvanına göndərə bilərsiniz.