"Zəfər" qolf turnirinin qrup mərhələsi başa çatıb

Vətən müharibəsi şəhidlərinin 11-14 yaş aralığında olan övladları üçün “Dreamland” qolf klubunda “Zəfər” qolf turniri keçirilir.

Turnirin qrup mərhələsi artıq başa çatıb. Qrup mərhələsində iştirakçılar əvvəlcə geniş beynəlxalq təcrübəyə malik və Azərbaycanda yeganə PGA ixtisaslı qolf peşəkarı Shane Peacock tərəfindən qolf idman növü haqqında məlumatlandırılıb, oyunun əsas qaydaları ilə tanış olub və praktiki məşğələlərdə iştirak ediblər. Ardınca uşaqlar qruplar üzrə qüvvələrini sınayıblar.

Qrup mərhələsində uğur qazanan iştirakçılar “Zəfər” qolf turnirinin final mərhələsində mübarizəni davam etdirəcəklər.

Layihə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) təşkilatçılığı, Bir ekosisteminin dəstəyi ilə reallaşdırılır.