ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

DSMF əməkdaşları arasında mini futbol turnirinə start verilir
29 sentyabr 2023

8 noyabr - Zəfər Günü ilə bağlı Dövlət Sosial Müdafiə Fondu əməkdaşları arasında mini futbol turnirinə start verilir. Çempionatın qrup mərhələsinin ilk oyunları 30 sentyabr 2023-cü il tarixində keçiriləcək. Turnirdə Dövlət Sosial Müdafiə Fondunun Mərkəzi Aparatı (DSMF Aparat), Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı (SSFUMF), Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialı (MMMF), Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı (XŞTMF), Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı (MMİMF), Maddi-Məişət Şəraitinin Müayinəsi üzrə Mərkəzi Filialı (MMŞMMF), Regionlarla İş üzrə Mərkəzi Filialı (RİMF), Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialının (ASÖİÇMF) komandaları mübarizə aparacaqlar. Bu gün turnirin püşkatma mərasimi keçirilib.