Yeni tədris ili ərəfəsində şəhid övladlarına məktəb ləvazimatları təqdim olundu
12 SENTYABR 2025

Dövlət Sosial Müdafiə Fondu (DSMF) ilə “McDonald’s Azərbaycan”ın birgə həyata keçirdiyi layihə çərçivəsində bu il ilk dəfə məktəbə gedəcək şəhid övladlarına məktəb ləvazimatları təqdim olunub. 

Görüşdə şəhid övladları və onların ailə üzvləri iştirak ediblər. Çıxış edənlər bu il ilk dəfə məktəbə qədəm qoyan şagirdlərə uğurlar arzulayıb, onların gələcəkdə dövlətimiz və cəmiyyətimiz üçün savadlı və layiqli vətəndaşlar kimi yetişəcəklərinə əmin olduqlarını bildiriblər.

“Konstitusiya və Suverenlik İli” çərçivəsində reallaşdırılan tədbirdə məktəb dəstləri Bakıda yaşayan birincilərə təqdim olunub, regionlarda yaşayan məktəblilərə isə DSMF tərəfindən çatdırılıb. 

Qeyd edək ki, korporativ sosial məsuliyyət layihəsi çərçivəsində həyata keçirilən bu tədbir ölkə üzrə şəhid ailə üzvlərindən bu il ilk dəfə məktəbə gedəcək 165 nəfər birinci sinif şagirdini əhatə edir.