Yanvar-sentyabr aylarında sosial ödənişlər üzrə əhaliyə 7 mlrd. 714 mln. manat vəsait ödənilib
14 OKTYABR 2025

2025-ci ilin yanvar-sentyabr ayları ərzində pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları üzrə əhaliyə ötən ilin müvafiq dövrünə nisbətən təqribən 577 mln. manat və ya 8,76% çox olmaqla 7 mlrd. 714 mln. manat vəsait ödənilib.