Yanvar-sentyabr aylarında MDSS üzrə daxilolmalarda 7,64% artım qeydə alınıb
17 OKTYABR 2025

2025-ci ilin yanvar-sentyabr ayları ərzində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda proqnoza nisbətdə 330,8 mln. manat və ya 7,64% artım qeydə alınıb.

Büdcə təşkilatları üzrə daxilolma ötən ilin müvafiq dövrü ilə müqayisədə 141,99 mln. manat və ya 10,1%, qeyri-büdcə təşkilatları üzrə isə 367,77 mln. manat və ya 13,39% artımla olub.