Yanvar-oktyabr aylarında sosial ödənişlər üzrə əhaliyə 7 mlrd. 984 mln. manat vəsait ödənilib
24 NOYABR 2025
2025-ci ilin yanvar-oktyabr ayları ərzində pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları üzrə əhaliyə ötən ilin müvafiq dövrünə nisbətən təqribən 639,38 mln. manat və ya 8,7% çox olmaqla 7 mlrd. 984 mln. manat vəsait ödənilib.







