Yanvar-noyabr aylarında sığortaedənlərin sayı 2,2 milyon vahiddən çox olub
30 DEKABR 2025

2025-ci ilin yanvar-noyabr aylarında fərdi uçot sistemində qeydə alınan sığortaedənlərin sayı 91 min vahiddən çox və ya 4,3% artaraq 2,2 milyon vahiddən çox olub.

Qeydə alınan sığortaedənlərin sayı hüquqi şəxslər üzrə 14,2 min, fiziki şəxslər üzrə 72,7 min, torpaq mülkiyyətçiləri üzrə isə 4 min vahiddən çox artıb.