Yanvar-noyabr aylarında 487 892 nəfər vətəndaş qəbul edilib
17 dekabr 2024
2024-cü ilin yanvar-noyabr ayları ərzində Dövlət Sosial Müdafiə Fondunun fəaliyyət istiqamətləri üzrə ümumilikdə 487 892 nəfər vətəndaş qəbul edilib.
Onların 178 219-u pensiya, 119 666-sı müavinət, 17 352-si Prezident təqaüdü, 123 541-i ünvanlı dövlət sosial yardımı, 11 737-si fərdi uçot və sosial sığorta, 2 953-ü dövlət icbari şəxsi sığorta və 34 424-ü isə digər istiqamətlərlə bağlı olub.