Yanvar-may aylarındə MDSS üzrə daxilolmalarda 7,8% artım qeydə alınıb
17 İYUN 2025

2025-ci ilin yanvar-may ayları ərzində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda proqnoza nisbətdə 187,2 mln. manat və ya 7,8% artım qeydə alınıb.

Büdcə təşkilatları üzrə daxilolma ötən ilin müvafiq dövrü ilə müqayisədə 104,8 mln.  manat və ya 13,9%, qeyri-büdcə təşkilatları üzrə isə 182,9 mln. manat və ya 11,9% artımla olub.