Bu ilin 8 ayında 175 913 pensiya, müavinət və təqaüd təyinatı proaktiv qaydada həyata keçirilib
15 SENTYABR 2025
2025-ci ilin yanvar-avqust ayları ərzində 175 913 pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən proaktiv qaydada həyata keçirilib.
Onlardan 29 783-ü pensiya, 146 130-u müavinət (o cümlədən MDSS hesabına ödənilən) və təqaüd təyinatıdır.







