Yanvar-aprel aylarında 174 623 vətəndaş müraciəti qeydə alınıb
06 MAY 2025

2025-ci ilin yanvar-aprel ayları ərzində Dövlət Sosial Müdafiə Fondunun fəaliyyət istiqamətləri üzrə ümumilikdə 174 623 vətəndaş müraciəti qeydə alınıb.

Müraciətlərdən 71 464-ü pensiya, 42 857-si müavinət, 6 123-ü Prezident təqaüdü, 35 632-si ünvanlı dövlət sosial yardımı, 4 339-u fərdi uçot və sosial sığorta, 693-ü dövlət icbari şəxsi sığorta və 13 515-i isə digər istiqamətlərlə bağlı olub.