"Xoşbəxt gələcək üçün həmrəylik" layihəsi keçirilib

"Konstitusiya və Suverenlik İli" çərçivəsində Vətən müharibəsi şəhidlərinin və Vətən müharibəsi ilə əlaqədar olaraq əlilliyi müəyyən edilmiş şəxslərin 7-10 yaş aralığında olan 50-yə yaxın övladının iştirakı ilə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş "Xoşbəxt gələcək üçün həmrəylik" layihəsi keçirilib.

Layihə “Şüvəlan Park”da yerləşən “McDonald’s” restoranında reallaşdırılıb. 

Tədbirdə xüsusi olaraq uşaqlar üçün hazırlanmış nahar təqdim edilib, ardınca isə müxtəlif oyunlar və əyləncə fəaliyyətləri təşkil olunub. Bu fəaliyyətlər arasında yaradıcılıq işləri, komanda oyunları və yarışmalar yer alıb.

Qayğı və dəstək mühiti yaradılmış tədbirdə hər bir uşaq üçün fərdi yanaşma əsasında dəstək göstərilib. Vətənpərvərlik və həmrəylik atmosferində keçən tədbirin sonunda uşaqlara hədiyyələr təqdim olunub.

Layihə Dövlət Sosial Müdafiə Fondu (DSMF) və “McDonald’s” Azərbaycan QSC-nin birgə təşkilatçılığı ilə reallaşdırılıb.