Vətəndaşların göz müayinəsi həyata keçirilib
30 DEKABR 2025
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Qəbul Mərkəzinə müraciət edən vətəndaşlar və DSMF-nin Aparatının əməkdaşları üçün "Aydın baxış" adlı göz müayinəsi layihəsi həyata keçirilib.
Layihə çərçivəsində ümumilikdə 118 şəxs refraktomeriya (göz ölçülərinin yoxlanılması), keratametriya (buynuz qişanın yoxlanılması) və tonometriya (göz təzyiqinin yoxlanılması) müayinələrindən faydalanıb.
Müayinələrin nəticələrinə, eləcə də müraciət edən şəxslərin şikayətlərinə əsaslanaraq müalicə və profilaktika məqsədli reseptlər təyin edilib.
Layihə DSMF və “Dünyagöz” xəstəxanasının birgə təşkilatçılığı ilə reallaşdırılıb.
Digər







