Vətən müharibəsi şəhidlərinin və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin övladları konsertdə iştirak ediblər
08 İYUN 2026

Vətən müharibəsi şəhidlərinin və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin övladlarının valideynləri ilə birlikdə “Planet Parni iz Baku” KVN Teatrının konsertində iştirakı təmin olunub. 

Konsertdə ümumilikdə 182 benefisiar, o cümlədən 90-dan çox uşaq iştirak edib. 

Tədbirdə uşaqlar və onların valideynləri üçün birlikdə vaxt keçirmək və yaddaqalan mədəni proqramın bir hissəsi olmaq imkanı yaradılıb. 

Benefisiarların iştirakı Dövlət Sosial Müdafiə Fondu (DSMF) və “Subway Azərbaycan”ın birgə təşkilatçılığı ilə təmin olunub.