Vətən müharibəsi şəhidləri və müharibə səbəbindən əlil olmuş şəxslərin övladları üçün "Binə Atçılıq Mərkəzi"nə ekskursiya təşkil olunub
25 MART 2025

Vətən müharibəsi şəhidləri və müharibə səbəbindən əlil olmuş şəxslərin övladları üçün "Binə Atçılıq Mərkəzi"nə ekskursiya təşkil olunub.

Layihədə əsasən 5-6 yaş aralığında 30-a yaxın uşaq iştirak edib. Onlara atların cinsləri, özəllikləri, baxım qaydaları və qidalanması haqqında məlumat verilib. Balacalar Mərkəzin əməkdaşları ilə bərabər atların yemlənməsi prosesində iştirak ediblər.

Ekskursiyanın əsas məqsədi uşaqların asudə vaxtının səmərəli təşkili, dostluq əlaqələrinin möhkəmləndirilməsi və uşaqların sosiallaşması üçün şərait yaratmaq olub.

Tədbir Dövlət Sosial Müdafiə Fondu (DSMF) və "Binə Atçılıq Mərkəzi"nin birgə təşkilatçılığı ilə reallaşdırılıb.