ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Şəhid övladları üçün tədbir təşkil olunub

Şəhid övladları üçün 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib. Tədbir Dövlət Sosial Müdafiə Fondu ilə “McDonald's Azərbaycan” arasında imzalanmış Memorandum çərçivəsində təşkil edilib.

44 günlük Vətən müharibəsində dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin bərpası uğrunda canından keçmiş şəhidlərimizin 60-a yaxın övladı “McDonald’s Azərbaycan”ın təşkilati dəstəyi ilə “Dəniz Mall”da yerləşən “McDonald’s” restoranında nahar edib. Daha sonra “Kinderland” uşaq əyləncə mərkəzində maraqlı əyləncə proqramı təqdim olunub. Tədbirin sonunda uşaqlara inkişafetdirici və intellektual stolüstü oyunlar hədiyyə edilib.