ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

“Uşaq hüquqları aylığı” çərçivəsində tədbir keçirilib
16 noyabr 2023

Dövlət Sosial Müdafiə Fondunda “Uşaq hüquqları aylığı” tədbirləri çərçivəsində qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə uşaqların sosial təminat hüquqları ilə bağlı görüş keçirilib. 
Görüşdə DSMF tərəfindən uşaqlara, çoxuşaqlı analara, ailə başçısını itirməyə görə uşaqlara, aztəminatlı ailələrin övladlarına Fond tərəfindən həyata keçirilən sosial ödənişlər barədə məlumat verilib. 
DSMF sədrinin müavini Mətin Əsgər çıxışında bildirib ki, uşaqlar Azərbaycan Respublikası Konstitusiyasının müvafiq maddəsi ilə müəyyən edilmiş sosial təminat hüququ ilə əhatə olunur. Bu baxımdan uşaqlara dair bir sıra sosial ödənişlər, güzəştlər və imtiyazlar tətbiq edilir. 
Görüşdə həmçinin vurğulanıb ki, bu gün ölkəmizdə uşağın anadan olmasına görə birdəfəlik müavinət, 1 yaş yarımadək uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olan qadınlara, 1 yaş yarımdan üç yaşınadək uşağa qulluğa görə, 1 yaşınadək uşağı olan aztəminatlı ailələrə, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına, 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşaqlara orqanizmin funksiyalarının pozulması faizinə uyğun olaraq, beşdən çox uşağı olan qadınlara hər uşağa görə, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara görə onların qəyyumlarına, övladlığa götürülən 3-18 yaş arası uşaqlara görə, övladlığa götürülən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşaqlara görə, himayədar ailəyə verilmiş uşağa görə, himayədar ailəyə verilmiş 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağa görə aylıq sosial müavinətlər ödənilir.
Eyni zamanda beş və daha çox uşaq doğub, övladlığa və (və ya) qəyyumluğa götürüb onları 8 yaşınadək tərbiyə etmiş və böyütmüş, habelə əlilliyi müəyyən edilmiş uşağını 8 yaşınadək tərbiyə etmiş anaların tələb olunan yaş həddi 5 il azaldılmaqla, qanunvericiliklə müəyyən olunmuş şərtlər daxilində yaşa görə əmək pensiyası və ya sosial müavinət almaq hüququ (güzəştli şərtlərlə) yaranır.
Ünvanlı dövlət sosial yardımının təyin olunması zamanı ailənin əmək qabiliyyətli üzvünün 8 yaşına çatmamış və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağa qulluq edən şəxs kimi imtiyazı müəyyən edilib. Həmçinin yeni dəyişikliklərə əsasən, ailədə 3 və daha çox uşaq olduqda ünvanlı sosial yardımın təyin olunmasında müəyyən güzəştlər tətbiq edilir.