Dövlət Sosial Müdafiə Fondunun (DSMF) təşəbbüsü ilə ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinin asudə vaxtlarının səmərəli təşkili və milli-mənəvi dəyərlərin təbliği məqsədilə növbəti sosial-mədəni tədbir təşkil olunub.
Tədbir çərçivəsində iştirakçılar Azərbaycan Akademik Milli Dram Teatrında görkəmli Azərbaycan şairəsi və ictimai xadimi Xurşidbanu Natəvanın həyat və yaradıcılığına həsr olunmuş “Xurşidbanu Natəvan” tamaşasını izləyiblər. Onlar tamaşa vasitəsilə Xurşidbanu Natəvanın zəngin yaradıcılığı, vətənə, xalqa və milli-mədəni irsə bağlılığı ilə yaxından tanış olublar.
Tədbirin məqsədi sosial dəstəyə ehtiyacı olan ailələrin üzvlərinin mədəni tədbirlərdə iştirak imkanlarının genişləndirilməsi, onların sosial inteqrasiyasının dəstəklənməsi, ədəbi və mədəni irsimizin tanıdılması olub.







