Ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri üçün növbəti teatr günü təşkil olunub
03 İYUL 2026

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) təşəbbüsü ilə ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinin mədəni həyata inteqrasiyasının təşviqi, asudə vaxtlarının səmərəli təşkili və milli-mənəvi dəyərlərin təbliği məqsədilə növbəti sosial-mədəni tədbir keçirilib. 

Tədbir çərçivəsində iştirakçılar Azərbaycan Dövlət Akademik Musiqili Teatrında yazıçı-dramaturq Sabit Rəhmanın "Əliqulu evlənir" pyesi əsasında səhnələşdirilən "Əliqulu bu gün evlənir" tamaşasını izləyiblər. Tamaşada İlham Namiq Kamalın canlandırdığı Əliqulu obrazı satirik üslubda tənqid olunub. 

Tədbirin məqsədi sosial dəstəyə ehtiyacı olan ailələrin üzvlərinin mədəni tədbirlərdə iştirak imkanlarını genişləndirmək, onların cəmiyyətə sosial inteqrasiyasını dəstəkləmək, eyni zamanda zəngin ədəbi və mədəni irsimizin tanıdılmasına töhfə vermək olub.