ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

“Ümumrespublika Yaşıllaşdırma Marafonu”

IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə “Ümumrespublika Yaşıllaşdırma Marafonu” (“Yaşıl Marafon”) çərçivəsində yaz və payız əkin mövsümləri zamanı ağacəkmə aksiyası həyata keçirilir. Sözügedən aksiyada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu və digər dövlət qurumları, eləcə də könüllülər iştirak edir, bu məqsədlə nəzərdə tutulan ərazilərdə ağac əkilir.

Məqsəd yaşıllıq sahələri artırmaq, ağac əkilməsini təşviq edərək, ətraf mühitin mühafizəsinə, ölkəmizin flora biomüxtəlifliyinin zənginləşdirilməsinə, yaşıllıqların qorunması ilə bağlı maarifləndirmə işlərinə töhfə verməkdir.

“Yaşıl Marafon” aksiyası çərçivəsində hər il 1 milyona yaxın ağac əkilməsi, yaşıllıq sahələrin artırılması nəzərdə tutulur.