ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Ümummilli lider Heydər Əliyevin məzarı ziyarət edildi
12 dekabr 2023

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi Fəxri Xiyabanda müstəqil Azərbaycan dövlətinin  qurucusu, Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, hörmət və ehtiramlarını ifadə ediblər.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül dəstələri qoyulub.

Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar Nazirlikdə də tədbir keçirilib. Ulu Öndərin büstü qarşısına güllər düzülüb, xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrün möhtəşəm quruculuq və hərtərəfli inkişaf mərhələləri kimi tariximizə qızıl hərflərlə yazıldığını bildirib.

Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin əsasını əhalinin sosial rifahının gücləndirilməsi, etibarlı sosial müdafiə sisteminin yaradılmasının təşkil etdiyi vurğulanıb.

Xalqın çağırışı ilə ümummilli liderimiz 1993-cü ilin iyununda yenidən respublika rəhbərliyinə qayıdışı ölkəmizin müqəddəratını tənəzzüldən tərəqqiyə dəyişərək, müasir müstəqil Azərbaycan dövlətinin qurulmasına və uzunmüddətli inkişaf yoluna səfərbər olunmasına imkan yaradıb.

S.Babayev Ulu Öndərimizin uğurlu sosial-iqtisadi inkişaf strategiyasının Prezident İlham Əliyevin rəhbərliyi ilə yüksək səviyyədə davam etdirildiyini diqqətə çatdırıb. Bildirilib ki, dövlət başçısının sosial sahəyə xüsusi qayğısı nəticəsində ölkəmizdə ardıcıl sosial islahatlar aparılmaqla,  sosial müdafiə və aktiv məşğulluq proqramları dəfələrlə genişlənib. Sosial ödənişlərin dəfələrlə artırılması, müasir sosial müdafiə və  reabilitasiya infrastrukturunun yaradılması təmin edilib.

44 günlük Vətən müharibəsində əldə edilən möhtəşəm Zəfərdən sonra işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri, Böyük Qayıdış proqramı çərçivəsində həmin ərazilərə sakinlərin köçürülməsi, onların aktiv məşulluq tədbirləri ilə təmin edilməsi istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlər qeyd edilib.

Ümummilli Lider Heydər Əliyevin müdrik və uzaqgörən siyasətinin Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam və inkişaf etdirilməsinin qarşıdakı dövrdə də ölkəmizə yeni-yeni tarixi nailiyyətlər, qələbələr qazandıracağı vurğulanıb.