ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

e-qaydada 720 min fərdi şəxsi hesab açılıb
23 iyun 2023

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elekton xidməti vasitəsilə bu il 27,7 min şəxsə proaktiv qaydada sosial sığorta nömrəsi (SSN) verilərək e-fərdi şəxsi hesab açılıb.

Üç il əvvəl fəaliyyətə başlayan bu e-xidmət sığortaolunanların proaktiv qaydada elektron sistemdə qeydiyyatına xidmət edir.

Əmək müqaviləsinə dair bildiriş e-sistemdə qeydə alındığı andan işçiyə avtomatik SSN açılır. Bununla işçinin fərdi şəxsi hesabı yaranır və sosial sığorta sistemində iştirakı təmin edilir.

Xidmət fəaliyyətə başlayandan elektron qaydada 720 min fərdi şəxsi hesabın açılması təmin edilib.

Fərdi şəxsi hesabda ödənilmiş məcburi dövlət sosial sığorta haqqı, toplanmış pensiya kapitalı barədə məlumatları e-sosial.az portalına daxil olaraq asanlıqla öyrənmək olar.