“Sosial təminat investisiyalarının idarə olunması” mövzusunda vebinar keçirilib
29 APREL 2026

Beynəlxalq Sosial Təminat Assosiasiyasının təşkilatçılığı ilə “Sosial təminat investisiyalarının idarə olunması” mövzusunda vebinar keçirilib.

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) əməkdaşlarının da iştirak etdiyi vebinarda sosial təminat fondlarının investisiya prinsipi və məqsədləri, investisiya idarəçiliyi arxitekturasının strukturu, müxtəlif idarəetmə orqanları investisiya strategiyalarının müəyyənləşdirilməsi, həyata keçirilməsi və monitorinqi prosesində qarşılıqlı fəaliyyət müzakirə olunub.

Eləcə də investisiya idarəçiliyi çərçivəsi sosial təminat fondlarının investisiya risklərinin idarə olunması strategiyalarına təsiri haqqında fikir mübadiləsi aparılıb.