8 Noyabr – Zəfər Günü münasibətilə “Sosial dəstək – sağlam gələcək” layihəsi çərçivəsində müharibə iştirakçıları və onların ailə üzvləri üçün tibbi müayinə aksiyası təşkil olunub.
Tədbirin məqsədi Vətən müharibəsi iştirakçılarına və onların ailə üzvlərinə sosial dəstək göstərmək, sağlamlıqlarının qorunması, tibbi xidmətlərə əlçatanlığın artırılması, eləcə də profilaktik tədbirlərin görülməsidir. Aksiya çərçivəsində iştirakçıların qulaq, burun və boğaz müayinələri həyata keçirilib.
Tədbir Dövlət Sosial Müdafiə Fondu (DSMF) və “Referans Medical Group”un nəzdində fəaliyyət göstərən “Lor Hospital”ın birgə təşkilatçılığı ilə reallaşdırılıb. Müayinələr “Lor Hospital”ın peşəkar həkim heyəti tərəfindən aparılıb. İştirakçıların sağlamlıq vəziyyəti qiymətləndirilib, ehtiyaclarına uyğun tibbi tövsiyələr verilib və zəruri hallarda müvafiq müalicə istiqamətləri barədə məlumat verilib.







