“Sosial Dəstək - Sağlam Gələcək” layihəsi çərçivəsində autizm spektri pozuntusu və daun sindromu olan uşaqlar üçün maarifləndirmə tədbiri keçirilib

Dövlət Sosial Müdafiə Fondu (DSMF) və “Referans Medical Group”a daxil olan “Leyla Medical Center” tərəfindən autizm spektri pozuntusu və daun sindromu olan uşaqlar üçün “Sosial Dəstək - Sağlam Gələcək” layihəsinin növbəti tədbiri həyata keçirilib.

Budəfəki tədbir həm maarifləndirmə, həm də əyləncə məqsədi daşıyıb. Proqramın maarifləndirmə hissəsində psixoloqlar valideynlərə uşaqlarla sağlam münasibətlərin qurulması mövzusunda müzakirəli seminarlar keçiblər.
İkinci hissədə isə uşaqların sosiallaşmasına xidmət edən maraqlı və əyləncəli tədbir təşkil olunub.
Maraqlı tədbirlər zamanı uşaqlar yeni dostlar qazanıb, müxtəlif oyunlar oynayıb və sosial inteqrasiyanı dəstəkləmək naminə unudulmaz anlar yaşayıblar.