Sığortaedənlərin sayı 2,0 milyon vahid təşkil edib
22 dekabr 2023
2023-cü ilin noyabr ayında fərdi uçot sistemində qeydə alınan sığortaedənlərin sayı 10 555 vahid və ya 0,56% artaraq 2,0 milyon vahid təşkil edib. Qeydə alınan sığortaedənlərin sayı hüquqi şəxslər üzrə 489, fiziki şəxslər üzrə 8 774, torpaq mülkiyyətçiləri üzrə isə 1 292 vahid artıb.