Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib
27 sentyabr 2024
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun kollektivi Vətən müharibəsində böyük qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad edib.
Bu gün – 27 sentyabr ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalmış əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə ölkəmizdə Anım Günü kimi qeyd edilir.
Qürur mənbəyimiz olan qəhrəman şəhidlərimizə Allahdan rəhmət diləyirik! Onların əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq!