Şəhid ailələrinin xanım üzvləri üçün iftar süfrəsi təşkil olunub

Dövlət Sosial Müdafiə Fondunun təşəbbüsü ilə 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid ailələrinin xanım üzvləri üçün iftar süfrəsi təşkil olunub.

Tədbirdə şəhid ailələrinə göstərilən diqqət və qayğı, qadınların cəmiyyətdəki rolu, onların sosial təminat hüquqları haqqında danışılıb.

"Cratos" restoranında təşkil edilən iftar zamanı xanımlara Beynəlxalq Qadınlar Günü münasibətilə “Happy Flowers” gül dükanı tərəfindən hədiyyələr təqdim olunub.