“Sağlam nəsil” adlı maarifləndirici təlim keçilib
04 DEKABR 2025

“Sosial dəstək - sağlam gələcək” layihəsi çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun təşəbbüsü ilə Vətən müharibəsi ilə əlaqədar olaraq əlilliyi müəyyən edilmiş şəxslərin övladları üçün ilkin təcili tibbi yardım və düzgün qidalanma mövzularında “Sağlam nəsil” adlı maarifləndirici təlim keçilib. 

“Referans Medical Group”un təşkilatçılığı ilə “Leyla Medical Center”də təşkil olunmuş təlim çərçivəsində iştirakçılara “Leyla Medical Center”in müxtəlif bölmələrinə infotur təşkil olunub. Təlimi həkim-pediatr Pərvin Həsənova aparıb.

Təlimin sonunda iştirakçılara sertifikat, Fond tərəfindən hədiyyə, tərəfdaş tərəfindən pulsuz müayinə kartı təqdim olunub.