"Robototexnikaya ilk addımlar” layihəsinin növbəti mərhələsi reallaşdırılır

Bu mərhələdə 6-14 yaş arası əvvəlcədən seçilmiş 8 uşaq proqramlaşdırmanın əsas prinsipləri, alqoritmlər və kodlaşdırma dilləri ilə tanış olurlar. 

Təlimlər onların analitik düşünmə və problemləri çevik həll etmə bacarıqlarının inkişafına yönəlib.

Layihə Vətən müharibəsi şəhidlərinin və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin övladlarının texnoloji biliklərini artırmağa, onların təhsilinə və sosial inkişafına dəstək məqsədi daşıyır.

Layihəni Dövlət Sosial Müdafiə Fondu və “Robot Academy” birgə reallaşdırır.