ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Qəbələ rayonunda ictimai dinləmə keçiriləcək
03 noyabr 2023

Hörmətli vətəndaşlar! 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən 17 noyabr 2023-cü il tarixində saat 15:00-da Qəbələ rayonunda Oğuz və Qəbələ rayonlarının ictimaiyyət nümayəndələrinin iştirakı ilə pensiya və sosial müavinətlərə dair ictimai dinləmə keçiriləcək. 
İctimai dinləmədə iştirak etmək istəyirsinizsə, DSMF-nin Qəbələ rayonunda yerləşən regional filialına yaxınlaşıb, Fondun sosial şəbəkə hesabları vasitəsi ilə müraciət edib və ya (012) 432-02-30 telefon nömrəsinə zəng edib qeydiyyatdan keçə bilərsiniz.