“Qardaş ailə” layihəsi - TÜİB
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu ilə Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyi (TÜİB) 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəmanlara həsr edilən “Qardaş ailə” layihəsini reallaşdırır.
Məqsəd şəhid ailələrinə sosial, maddi və mənəvi dəstək göstərməkdir.
Qeyd edək ki, layihə çərçivəsində şəhid mayor İlkin Əhədzadənin ailəsi Türkiyənin Sivas, şəhid mayor Abbas Qasımovun ailəsi Urfa, şəhid baş leytenant Kamran Kazımovun ailəsi isə Bursa şəhərlərində olublar.