Pensiyalar artımlarla birlikdə ödənildi
09 fevral 2024
Pensiyalar artımlarla birlikdə ödənildi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənişini həyata keçirib.
Pensiyalar 11,2 faiz indeksləşdirmə əsasında artırılmış məbləğlə verilib.
Artım bu ilin əvvəlindən tətbiq olunur və yanvar ayının artımı da həmin məbləğin üzərinə əlavə edilərək pensiyaçılara ödənilib.