Ötən ildə DSMF-nin fəaliyyət istiqamətləri üzrə 481 723 vətəndaş müraciəti qeydə alınıb
14 YANVAR 2026
2025-ci ilin yanvar-dekabr ayları ərzində Dövlət Sosial Müdafiə Fondunun fəaliyyət istiqamətləri üzrə ümumilikdə 481 723 vətəndaş müraciəti qeydə alınıb.
Müraciətlərdən 188 740-ı pensiya, 125 371-i müavinət, 19 915-i Prezident təqaüdü, 90 546-sı ünvanlı dövlət sosial yardımı, 12 941-i fərdi uçot və sosial sığorta, 1 977-si dövlət icbari şəxsi sığorta və 42 233-ü isə digər istiqamətlərlə bağlı olub.







