Oktyabrda sığortaedənlərin sayı 0,52% artıb
23 noyabr 2023
2023-cü ilin oktyabr ayında fərdi uçot sistemində qeydə alınan sığortaedənlərin sayı 10 355 vahid və ya 0,52% artaraq 1,99 mln. vahid təşkil edib.
Qeydə alınan sığortaedənlərin sayı hüquqi şəxslər üzrə 798, fiziki şəxslər üzrə 8 335, torpaq mülkiyyətçiləri üzrə isə 1 222 vahid artıb.