Oktyabr ayı ərzində 1 480 vətəndaş müraciəti cavablandırılıb
03 NOYABR 2025

Dövlət Sosial Müdafiə Fondunun fəaliyyət istiqamətləri üzrə sosial şəbəkələr vasitəsilə 2025-ci ilin oktyabr ayı ərzində 1 480 vətəndaş müraciəti cavablandırılıb.

Müraciətlərin 582-si ünvanlı dövlət sosial yardımı, 224-ü pensiya təyinatı, 431-i sosial müavinət və təqaüd, 18-i sosial sığorta və fərdi uçot, 225-i isə digər istiqamətlər üzrə olub.