Noyabrda sosial şəbəkələr vasitəsilə 1 505 vətəndaş müraciəti cavablandırılıb
01 DEKABR 2025

Dövlət Sosial Müdafiə Fondunun fəaliyyət istiqamətləri üzrə sosial şəbəkələr vasitəsilə 2025-ci ilin noyabr ayı ərzində 1 505 vətəndaş müraciəti cavablandırılıb.

Müraciətlərin 487-si ünvanlı dövlət sosial yardımı, 319-u pensiya təyinatı, 360-ı sosial müavinət və təqaüd, 21-i sosial sığorta və fərdi uçot, 318-i isə digər istiqamətlər üzrə olub.