ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Nazir müavini Anar Kərimov sakinləri qəbul edib
21 fevral 2024

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov fevralın 21-də Ağcabədi rayonunda sakinləri qəbul edib.

Müraciət edənlər sırasında şəhid ailələrinin üzvləri və müharibə veteranları da olub.

A.Kərimov onların sosial vəziyyəti ilə maraqlanıb, bütün şəhid ailələrinin və müharibə veteranlarının qayğı ilə əhatə olunmasının bu gün Nazirliyin başlıca fəaliyyət istiqamətlərindən olduğunu bildirib.

Qəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılıb, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görülüb.