33 463 vətəndaş müraciəti cavablandırılıb
15 noyabr 2023
2023-cü ilin 10 ayı ərzində Dövlət Sosial Müdafiə Fondunun Mərkəzi Aparatına ümumilikdə məktub, telefon zəngi və sosial şəbəkə hesabları vasitəsilə 33 463 vətəndaş müraciəti ünvanlanıb və cavablandırılıb. Bunlardan 31 622-si rəsmi məktub və telefon zəngləri, 1 841-i isə sosial şəbəkə hesablarından daxil olan müraciətlərdir.
Qeyd: Operativ məlumatdır.